Junior Achievement Azerbaijan - Azərbaycan Gənclərinin Nailiyyəti is rated 3 out of 5 in the category #jaazerbaijan. Read and write reviews about Junior Achievement Azerbaijan - Azərbaycan Gənclərinin Nailiyyəti. Azərbaycan Gənclərinin Nailiyyəti/Junior Achievement Azerbaijan təşkilatı 1999-cu ildə Azərbaycanda fəaliyyətə başlamışdır. AGN biznesin və iqtisadi bacarıqların tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement təşkilatının üzvüdür. Bugünə kimi təşkilatımız yerli və xairici donorların maliyyə dəstəyi ilə ölkənin 26 bölgəsində minlərlə gəncin iştirakı ilə sahibkarlıq, maliyyə savadı və karyera hazırlığı istiqamətində müxtəlif layihələr həyata keçirmişdir. Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi olaraq karyera hazırlığı, maliyyə savadı və sahibkarlıq-biznes yönümlü proqramlar reallaşdıraraq biz; İş dünyası ilə təhsil sistemi arasında körpü quraraq gənclər üçün sahibkarlıq anlayışı, biznes və onun idarə olunması, əmək bazarının tələblərini daha yaxşı anlamaları üçün proqramlar həyata keçiririk; Gəncləri iş dünyası ilə tanış edir və onların düşünülmüş qaydada peşə seçimi etmələri üçün yönəldirik; Bugünün iqtisadi şərtlərinə asanlıqla uyğunlaşa bilən, bacarıqlı və peşəkar insan resurslarının yaradılmasında maraqlı olan tərəfdaşlarla əməkdaşlıq edir və proqramlar hazırlayırıq. AGN bütün təhsil səviyyələri üzrə təhsil alan gənclərin maraqlarına və sahələrinə uyğun proqramlar həyata keçirir. Əsas hədəf qruplarımıza isə məktəblilər, peşə məktəbi, kolleclər və universitetlərdə təhsil alan tələbələr və işsiz gənclər daxildir. Məqsədimiz Müxtəlif proqramlar, peşəkar inkişaf təlimləri və iş təcrübəsi imkanları ilə biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrətməklə gələcək karyeralarında uğur qazanmaq üçün gəncləri yönəltmək və hazırlamaq; İctimai və iqtisadi həyatda fəal rol oynayacaq, təşəbbüskar və bacarıqlı gənc bir nəslin yetişməsinə dəstək olmaqdır. Vəzifəmiz Riskli, dəyişikliyə hazır, gələcəklə üzləşməyi bacaran və geniş düşünən nəsil yaratmaq; Bütün tərəfdaşlarımızla əməkdaşlıq edərək gənclərin təhsilinə və ölkəmizin iqtisadi inkişafına töhvə verməkdir.
Address
Jafar Jabbarli Str. 44 Caspian Plaza I, floor 7
Company size
1-10 employees