Qaymaq Premium Qida is rated 3 out of 5 in the category food production. Read and write reviews about Qaymaq Premium Qida. “QayMaq” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən yeni eko-brenddir. Buna görə də “QayMaq” məhsulları, təbii xammaldan, Süd Emalı Zavodunun xüsusi istehsal sahəsində (XİS), klassik üsulla gündəlik olaraq istehsal olunur və gündəlik olaraq Bakıda yerləşən firma dükanlarına çatdırılır. İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən və süni əlavələrdən istifadə etmirik. Məhz buna görə də “QayMaq” məhsullarının saxlama müddəti digərlərinə nisbətən daha qısadır. Biz, müştərilərimizin sağlamlığının qeydinə qalır, məhsulun keyfiyyətinə və əhəmiyyətinə önəm veririk. Biz öz məhsullarımızın keyfiyyətinə əminik. Çünki, bu məhsulları ölkə ərazisində geniş istehsal infrastrukturuna malik olan “XIRMAN” şirkəti istehsal edir. Bakı şəhərində — dəyirman kompleksi, çörək zavodu, süd istehsalı zavodu, Xaçmaz və İmişli rayonlarıında — süd qəbulu məntəqələri mövcuddur. Bundan əlavə Xaçmaz rayonunda meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması və satışı məqsədilə beynəlxalq standartlara cavab verən soyuducu anbar kompleksi də fəaliyyət göstərməkdədir. Ancaq Siz, “QayMaq” məhsullarını adi mağazaların piştaxtalarında tapa bilməyəcəksiniz. Biz keyfiyyətə ciddi nəzarət etdiyimiz üçün məhsullarımızın satışını yalnız öz firma mağazalarımızda həyata keçiririk. Hal-hazırda bizim məhsullarımızın çeşidlərinə: süd məhsulları, insan orqanizminə xeyirli toxuma yarmaları, fərqli un və bir neçə çörək növləri aiddir. Bütün bunlara baxmayaraq məhsullarımızın çeşidlərini artıracağıq. Bizim missiyamız – tamamilə mükəmməl məhsul istehsal edib, seçilən müştərilərimizi məmnun etməkdir. «QayMaq» — Əsl saglam qida!
Address
Binəqədi yolu, 100
Company size
11-50 employees
Headquarters
Bakı, Binəqədi